ABŞ prezidenti Donald Trampı İsveçrəyə aparan Air Force One təyyarəsi uçuş zamanı aşkarlanan elektrik nasazlığı səbəbindən ehtiyat tədbiri olaraq Vaşinqtona qayıdıb.
Trampı İsveçrənin Davos şəhərinə aparmaq üçün havaya qalxan prezident təyyarəsində uçuş zamanı elektrik nasazlığı yarandı. Ağ Ev təyyarənin təhlükəsizlik səbəbləri ilə Vaşinqtona qayıtdığını və Trampın səyahətinə başqa bir təyyarə ilə davam edəcəyini açıqlayıb.
Ağ Evin sözçüsü Karolin Livitt Trampın Davos səfərini işıqlandıran jurnalistlərə verdiyi brifinqdə Air Force One təyyarəsinin “ehtiyat tədbiri olaraq” Vaşinqton yaxınlığındakı Birgə Baza Endryus Hava Limanına yönləndirildiyini bildirib. Livitt əlavə etdi ki, Prezident Trampın cədvəlində heç bir dəyişiklik yoxdur və o, İsveçrəyə yeni təyyarə ilə gedəcək.
Mənbə: İlkha
