3 C
Baku
14 Dekabr 2025, 23:28
DigərDünya

Trampın Ukraynaya mesajı

ABŞ-ın yeni prezidenti Donald Tramp səlahiyyət müddəti ərzində dünyada davam edən münaqişələrə diqqət yetirəcəyini bildirib və “Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır” deyib.

Tramp Floridadakı Mar-a-Laqo malikanəsində “Amerika Birinci Siyasət” İnstitutunun qalasında çıxış edib.

Son günlərdə Rusiya-Ukrayna müharibəsində aralarında əsgər və mülki vətəndaş da daxil olmaqla minlərlə insanın öldüyü ilə bağlı xəbərlə rastlaşdığını qeyd edən Tramp, “Rusiya və Ukrayna üzərində çox çalışacağıq. Buna son qoyulmalıdır. Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulmalıdır” deyib.

Tramp həmçinin vurğulayıb ki, onun administrasiyası Yaxın Şərqdə baş verənlərə diqqət yetirəcək.

Çıxışında noyabrın 5-də keçirilən prezident seçkilərinin nəticələrinə toxunan Tramp, “129 ilin ən böyük siyasi qələbəsi… Biz bütün yelləncək ştatlarını qazandıq. Xalqın səsverməsində də üstünlüyə malik idik” deyə qiymətləndirməsini edib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Alimlər “zehni idarə edən maqnitlər”lə iştahı və sosial davranışı dəyişdirirlər

Aynur Camal

Sürpriz May qarı-VİDEO

Aynur Camal

Türkiyədə 6 dəfə zəlzələ baş verdi

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu