18 C
Baku
25 Aprel 2025, 11:01
Baş xəbərDünya

Trampın ‘ən pis’ portreti böhran yaratdı! İngilis rəssam üsyan etdi

ABŞ-da Donald Trampın “zəif çəkilmiş” portreti ilə bağlı böhran davam edir. Portreti çəkən britaniyalı rəssam Sarah A Boardman karyerasının indi təhlükə altında olduğuna etiraz edib.

ABŞ prezidenti Donald Trampın portretini çəkən britaniyalı rəssam Sara A Boardman üsyan edib.

ABŞ-da Donald Trampın bu yaxınlarda yenidən gündəmə gətirdiyi və “ən pisi” olaraq xarakterizə etdiyi portret böhranı hələ bitməyib. Rəssam Sara indi karyerasının bitmək üzrə olduğunu deyərək üsyan edib.

Sara Denverdəki Kolorado ştatının kapitol binası üçün Trampın rəsmi portretini çəkib. Bu rəsm burada 2019-cu ildən başlayaraq 6 il asılıb. Tramp ötən ay sosial mediada portretin qəsdən düzəldildiyini iddia etmişdi. O, Saranın keçmiş ABŞ prezidenti Barak Obamanın portretinin gözəl olduğunu, lakin onun üçün olanın “həqiqətən də ən pisi” olduğunu söyləyib”.

“QƏSDƏN EDİLMƏYİB”

Boardman isə indi niyyətinin, düzgünlüyünün və bacarığının sual altına düşdüyünü söyləyərək üsyan edib. Sara Trampın açıqlamalarını təkzib edərək, portreti tamamilə çəkdiyini, burada qəsdən təhrif, siyasi qərəz və ya karikatura olmadığını bildirib. Sara Trampın şərh vermək hüququnu etiraf etdi, lakin dedi ki, “mənim portreti qəsdən təhrif etdiyim və qocaldıqca qabiliyyətimi itirdiyimə dair əlavə iddialar 41 ildən çox gördüyüm işlərə birbaşa və mənfi təsir göstərdi və indi nə edəcəyini bilmir” deyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

7,6 bal gücündə zəlzələ baş verdi

İntizar Əmirova

“Lazım gələrsə, birbaşa hərəkətə keçərik”

Aynur Camal

Misir prezidenti Sisi İsrailin Qəzzaya qarşı quru əməliyyatının qarşısını almağa çağırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu