36 C
Baku
20 İyul 2025, 15:38
Baş xəbərDünya

Trump rəqibi Harrislə debatdan imtina etdi

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə canlı televiziyada bir daha debat etməyəcəyini bəyan edərək, seçkilərdə irəlidə olduğunu iddia edib.

Tramp özünün sosial media platforması Truth Social hesabında Fox News-un canlı yayım debat təklifi ilə bağlı açıqlama verib.

Təklifi rədd edərək, müzakirə olunacaq yeni bir məsələ olmadığını bildirən Tramp, “Son iki debatda qalib gəldim. Həm də anketlərdə öndə gedirəm və fərq getdikcə genişlənir. Bütün yelləncək ştatlarında öndəyəm” deyib.

Tramp, “Revanş olmayacaq. Artıq gecdir, səsvermə artıq başlayıb. (ABŞ vitse-prezidenti) Kəmalə açıq şəkildə bəyan edib ki, (ABŞ prezidenti Co) Baydendən fərqli heç nə etməyəcək. Deməli, müzakirə ediləcək heç nə yoxdur” qiymətləndirməsini edib.

Fox News, ayın sonunda Tramp və Harris arasında canlı debat proqramı təklif etdiyini açıqladı.

Tramp Harrisdən əvvəl Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş ABŞ prezidenti Co Baydenlə ilk canlı yayım debatını iyunun 27-də keçirdi və sentyabrın 10-da təxminən 1,5 saat davam edən canlı yayım debat proqramında Harrislə kozır qazdı.

Tərəflər ilk debatda daxili siyasətdən iqtisadiyyata, sərhəd təhlükəsizliyindən tutmuş xarici siyasətə qədər bir çox mövzuda fikirlərini bildiriblər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Talış kəndində otuz ildən sonra ilk dəfə qurban kəsildi

Nigar Məmmədova

“Toy Tələsi” filminin çəkilişləri davam edir

Aynur Camal

“Paris Saint-Germain” və “Əl-Nasr” qarşılaşması baş tutub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu