Bugun.tv– xəbər verir ki, bir vaxtlar tullantı sahəsi olan Glass Beach indi dünyanın ən maraqlı təbiət möcüzələrindən birinə çevrilib.
ABŞ-ın Kaliforniya ştatındakı Fort Bragg və Rusiyanın Vladivostok yaxınlığındakı Ussuri körfəzi sahillərinə atılan şüşə parçaları illər ərzində dalğalar və qumun təsiri ilə rəngli, dekorativ daşlara çevrilib.
Rəsmi xəbərlərə görə, indi bu yerlər turistlərin ziyarət etdiyi möhtəşəm sahillərdir
Təbiətin bərpaedici gücünün canlı sübutunu göstərən bu yaşıl, mavi, qırmızı və şəffaf tonlarda olan “şüşə daşlar”ın yaranması təxminən 30-50 il ərzində baş verir.
Artıq bu yerlər təbii park kimi qorunur və hər il minlərlə insan bu “tullantıdan yaranan gözəlliyi” görmək üçün bölgəyə səfər edir.
Mütəxəssislər bildirirlər ki, bu fenomen həm ekoloji dərs, həm də təbiətin bərpaedici gücünün canlı sübutudur.
“Bir vaxtlar zibilxana olan bu yer, indi okean dalğalarının yaratdığı parlaq şüşə mozaikası ilə bənzərsiz bir təbiət möcüzəsidir.”

