28 C
Baku
9 İyun 2025, 18:15
Baş xəbərHadisə

Tur şirkətləri vulkan püskürməsi nəticəsində ölənlərdə günahkar bilindi

Bugun.tv xəbər verir ki, 2019-cu ildə Yeni Zelandiyada 22 nəfərin ölümünə səbəb olan ölkənin şimalındakı Whakaari (Ağ Ada) vulkanının püskürməsi ilə bağlı 7 tur şirkəti “təhlükəsizliyi pozmaqda” günahkar bilinib. 3 ay davam edən və Yeni Zelandiyada yerləşən 13 şirkətin iştirak etdiyi məhkəmə prosesi sonuncu şirkətin günahkar olduğu hökmü ilə yekunlaşıb.

TRT Haber-in məlumatına görə, Məhkəmə müəyyən edib ki, Whakaari Management Limited illər əvvəl partlayış ehtimalından xəbərdar olsa da, adekvat risk qiymətləndirməsi aparmayıb və lazımi ehtiyat tədbirləri görməyib. Müvafiq olaraq, 7 tur şirkəti “təhlükəsizliyin pozulması” səbəbindən 22 nəfərin ölümünə səbəb olmaqda təqsirli bilinib. Əvvəlki iclaslarda məhkəmə 6 şirkəti təqsirli bilib, digər 6 şirkətə qarşı ittihamları ləğv edib. Günahkar olan şirkətlər 875 min dollara qədər cərimələnə bilər. Məşhur turizm məkanı olan adada 2019-cu ilin dekabr ayında Whakaari vulkanı püskürmüş, təbii fəlakət nəticəsində 22 turist həlak olmuş, 25 nəfər ağır yaralanmışdı.

Teymur Əziz

Oxşar xəbərlər

Blinken işğal olunmuş Fələstinə gedir

Aynur Camal

Təmizlik materiallarından təsirlənən 12 şagird xəstəxanaya yerləşdirildi

Bugün TV

“Oftalmologiyanın müasir aspektləri”- 101 il

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu