“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri fonunda Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə gəlişi Azərbaycan-Pakistan münasibətləri baxımından mühim əhəmiyyətə malikdir. Pakistan 44 günlük Vətən müharibəsinə qədərki 30 illik işğal dövründə Ermənistanı sırf, Azərbaycan torpaqlarını işğal etdiyinə görə bir dövlət kimi tanımayıb və diplomatik əlaqələr qurmayıb”.
Bu fikri Bugun.tv-yə özəl açıqlamasında politoloq Tural İsmaylov bildirib.
Onun fikrincə, 44 günlük Vətən müharibəsi dövründə Pakistan Beynəlxalq hüququn, haqq-ədalətin yanında tam olaraq yer alıb. Azərbaycan torpaqlarının işğalı prossesinə birmənalı şəkildə qarşı çıxıb. 44 günlük Vətən müharibəsi dövründə də Pakistanın Azərbaycana yanaşması həmişə dost-qardaş münasibətləri konteksində olub. Bu gün Azərbaycan və Pakistan bir çox sahələrdə əməkdaşlıq edir. Həmçinin, Azərbaycanın Pakistanla əməkdaşlığı təkcə ikitərəfli deyil, həm də çoxşaxəlidir.
“Azərbaycan Türkiyə və Pakistan hərbçiləri müxtəlif təlimlərdə və beynəlxalq tədbirlərdə bir yerdə iştirak edirlər. Pakistan Baş nazirinin Bakı səfəri fonunda Cənab Prezident İlham Əliyev ölkəmizlə Pakistan arasındakı hərbi əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi ilə bağlı açıqlama verdi ki, bu da böyük əhəmiyyətə malikdir. Ümumilikdə Azərbaycanın Pakistan kimi ciddi silaha və hərbi siyasətə malik olan bir ölkə ilə əməkdaşlığı inkişaf etdirməyi bizim üçün çox vacibdir. Pakistan həmçinin, Ermənistanla münasibətiləri yalnız Azərbaycanla sülh bağlayacağı təqdirdə bərpa edəcəyini söyləyir. Pakistan Baş nazirinin bunu Azərbaycanda ifadə etməsi, eyni zamanda Pzedent İlham Əliyevi Pakistana səfərə dəvət etməsi çox önəmli diplomatik mesajlardan biridir. Düşünürəm ki, Azərbaycan-Pakistan əməkdaşlığı həm də regional təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malikdir”,- politoloq vurğulayıb.