19 C
Baku
8 Sentyabr 2024, 4:02
DünyaSiyasət

Tural İsmayılov: “Bu hadisələr Rusiyada vəziyyətin nə qədər kritik olduğunu göstərir”

“Əslində bu hadisənin uzun müddət idi ki, baş verəcəyi gözlənilirdi. Çünki, vaqnerçilərlə Rusiya Müdafiə Nazirliyi və Mərkəzi komadanlıq arasında rabitə itmişdi.

Yevgeni Priqojin aylardır ki, Rusiya müdafiə naziri, Serqey Şoyqunu və Baş Qərargah rəisi Gerasimovu vətənə xəyanətdə və başqa məsələlərdə ittiham edirdi. Sadəcə olaraq “Vaqner” və “Vaqner”in rəhbəri Priqojinin Rusiya prezidenti ilə şəxsi münasibətləri yaxşı olduğuna görə, həmçinin də Rusiyanın xaricdə həyata keçirdiyi bir çox əməliyyyatlarda “Vaqner” muzdlularından istifadə edildiyi üçün, eyni zamanda “Vaqner” və onun rəhbərliyi Rusiyanın gizli kəşfiyyat məlumatlarına da malik olduğu üçün Vladimir Putin səviyyəsində vaqnerçilərə açıq etiraz edilmirdi”.

Bu fikri Bugun.tv-yə özəl olaraq Rusiyada baş verən qarşıdurmaları şərh edərkən politoloq Tural İsmayılov bildirib.

Politoloqun fikrincə, bütün bu baş verən hadisələr nəticəsində Rusiyada artıq xeyli müddətdir ki, gözlənilən vaqnerçilərin üsyanına səbəb oldu. Təbii ki, hadisələrin sonunda vaqnerçilər hansısa bir formada zərərsizləşdiriləcək.

“Hesab etmirəm ki, Rusiya bu hücumlar qarşısında hansısa hərbi çevriliş faktı ilə üz – üzə qalacaqdır. Eyni zamanda, burada ikinci ssenari də mümkündür. Bu da Rusiyanın içərisində orduda dəyişiklik istəyidir.

Ukrayna müharibəsindəki uğursuzluğa görə Rusiya Müdafiə nazirliyi və onun rəhbərliyini vəzifədən uzaqlaşdıra bilməyən Kreml administrasiyası bu yollarla yeni bir siyasi şou düzəldə bilər. Ona görə də hadisələr və prosseslər onu göstərir ki, yəqin ki, Priqojinin bu addımlarının qarşısı alınacaq. Vaqnerçilərin Rusiyada hərbi çevriliş və ya üsyan prossesinə səbəb olmağına imkan verilməyəcək. Amma həm də bu hadisələr onu göstərir ki, Rusiyada həm mərkəzi hakimiyyət, həm də orduda mərkəzdənqaçma olduqca güclüdür.

Bu prosseslər əslində vəziyyətin nə qədər kritik olduğunu göstərir. Rusiyanın içərisindəki ictimai inam, siyasi hakimiyyətə qarşı və orduya qarşı inam daha da zəifləyəcək”, – T.İsmaylov qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Braziliyada leysan yağışları nəticəsində ölənlərin sayı 60-ı keçib

Aynur Camal

“Ümid edirik ki, Azərbaycanla Ermənistan arasında danışıqlar masa arxasında həll olunacaq”

Aynur Camal

Pakistanda daşqınlardan zərər çəkən 100 mindən çox insan təxliyə edilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu