27 C
Baku
28 İyun 2025, 11:10
Baş xəbərSiyasət

Tural İsmayılov: “Ermənistan sülh danışıqlarından qaçmaq üçün yalan iddialarla Azərbaycanı ittiham edir”

“Bu, Ermənistanın həmişəki kimi çox çirkin yalanlarından biridir. Ermənistan ümumiyyətlə, sülh danışıqları olan zaman Azərbaycanın əleyhinə müxtəlif təxribatlar törədib. Bundan öncə Brüssel və Vaşinqton görüşlərində də Ermənistan bu təxribatlarına əl atdı. Yenə görürük ki, Ermənistan tərəfindən ölkəmizə qarşı çirkin hücumlar həyata keçirilir”.

Bu fikri Bugun.tv-yə Ermənistan Müdafiə Nazirliyinin iki erməni hərbçinin guya Azərbaycan tərəfindən oğurlandığı iddiasını şərh edərkən politoloq Tural İsmayılov bildirib.

“Məhz, Azərbaycanla Moskvada görüş keçirildikdən sonra Zəngilana diversant göndərmək Ermənistanın terrorçu mahiyyətini ortaya qoyur. Sadəcə Ermənistan bu məsələdə manipulyasiya etmək, fikri yayındırmaq üçün Azərbaycanı növbəti dəfə ittiham etməyə çalışır. Ermənistan özü yolu azmış Azərbaycanın iki hərbçisi üzərində çirkin siyasi oyun qururdu. Azərbaycan isə iki erməni diversantı yaxalayıb. Bu diversantlar Azərbaycan əhalisinin təhlükəsizliyinə təhdid törədirdi. Bu baxımdan Ermənistanın həmişəki kimi müəyyən məsələlərə görə Azərbaycanı ittiham etməsi absurd, gülünc və qəbuledilməzdir”,- T.İsmayılov vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

“İran daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməkdə davam edir”

Aynur Camal

241 kilo marixuana ələ keçirildi: 2 nəfər həbs edildi

Bugün TV

Keçmiş general: “2024-cü il Ukrayna münaqişəsində həlledici olacaq”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu