21 C
Baku
27 İyun 2025, 22:18
MüsahibəSiyasət

Tural İsmayılov: “Ermənistan ancaq çətin məqamlarda Rusiyaya sığınır”

“Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında müxtəlif müzakirələr aparıla bilər. Amma nəzərə almaq lazımdır ki, bu, daha çox Ermənistan tərəfinin səyləri və təhrikləri fonunda baş verir. Ümumiyyətlə, Rusiya elitası Paşinyan və onun hakimiyyətinin tamamilə Rusiayafob siyasət həyata keçirdiyini yaxşı anlayır. Buna görə də bu gün Rusiya siyasi rəhbərliyində Paşinyan və onun komandasına qarşı böyük bir nifrət hissi müşahidə olunur”.

Bu fikri Bugun.tv-yə özəl müsahibəsində politoloq Tural İsmayılov bildirib.

“Eyni zamanda, Paşinyanın ikiüzlü siyasət həyata keçirməsi və Ermənistanda Rusiyanın maraqlarını tapdalamağı Putinin xoşuna gəlmir. Ermənistan ancaq çətin məqamlarda Rusiyaya sığınır ki, bu da qarşı tərəfdən xoş qarşılanmır”,- Tural İsmayılov qeyd etdi.

Politoloqun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu açıqlaması, Ermənistanın ikitərəfli münasibətilərin bundan sonrakı taleyinə mənfi təsir göstərdiyini və Azərbaycanın daxili işlərinə qarışdığını aydın nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, Laçın şəhərində Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurması ölkəmizin suverən hüquqlarından biridir. Buna isə heç kim qarışa bilməz. Həmçinin, Ermənistan və onun havadarlarının həmin ərazilərlə bağlı boş-boş açıqlamalar verməyi Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdən çox, həmin ölkələrin özlərinin üzərlərinə götürdükləri beynəlxalq norma və prinsiplərə qarşı sayğısızlıqdır.

“Hesab edirəm ki, bu gün Ermənistan və Rusiyanın müxtəlif sahələrdə hələ də əməkdaşlığı yüksək səviyyədədir. Ermənistan heç bir halda Rusiyanın əsarətindən qurtula bilmir. Bu da Cənubi Qafqazda gərginlik riskinin yüksək səviyyədə qalmağına xidmət edir”, – Tural İsmayılov vurğuladı.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ukrayna   Amerikanın MLRS uzunmənzilli raket sistemini ala bilər

Bugün TV

“ İctimai Natiq” layihəsinin bağlanış və mükafatlandırma mərasimi həyata keçirilib…

Şükufə Ramizqızı

Bakıda Azərbaycan-İran biznes forumu keçirildi – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu