27 C
Baku
28 İyun 2025, 13:38
MüsahibəSiyasət

Tural İsmayılov: “Ermənistan azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərə görə qlobal öhdəliklər fonunda cavab verməlidir”

“Ermənistanın hazırda azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmələr və cinayətlər hər dəfə dəqiq faktlarla, sübutlarla ortaya çıxır. Ümumiyyətlə, Azərbaycanın torpaqlarını işğaldan azad etməyi və bütövlükdə cinayət faktlarının ifşa edilməsi ilə nəticələnir. Biz Qarabağda tədqiqatlar apardıqca burada Ermənistanın cinayət əməllərinin qalıqları ilə rastlaşırıq. Son olaraq Şuşa türməsi ətrafında edilən axtarışlar nəticəsində insan sümüklərinin tapılması növbəti erməni vəhşiliyinin təzahürüdür. Bütövlükdə Şuşa türməsi 30 il işğal boyunca və 1-ci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı həyata keçirilən vəhşiliklərin, qeyri-insani davranışların təəssüf olsun ki, mərkəzinə çevrilmişdi”.

Bu fikri Bugun.tv-yə politoloq Tural İsmayılov özəl açıqlamasında bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan ordusu Şuşanı azad etməklə həm də mənəvi baxımdan qələbə qazandı. Bu gün Şuşa ətrafında tapılan insan sümükləri və qalıqları Ermənistan cinayətlərinin və ümumiyyətlə, Ermənistana havadarlıq edən qüvvələrin insanlıqdan kənar davranışlarının növbəti sübutudur.

“Şuşa türməsində insanlara qarşı edilən ağılasığmaz işgəncələr, onların vəhşicəsinə öldürülməsi tapılan sümüklərdə də bir daha ortaya qoyulmuş olur. Bütövlükdə isə həm Fərruxda, həm daha əvvəl Edillidə tapılan kütləvi insan məzarlıqları Ermənistanın real mahiyyətini üzə çıxartdı. Kəlbəcərdə Başlıbel ətrafında tapılan sümüklər də burada dinc insanlara qarşı həyata keçirilən soyqırım mahiyyətini ifşa etdi. Çox böyük təəssüfedici məqam ondan ibarətdir ki, bu günə qədər beynəlxalq təşkilatlar Ermənistan tərəfindən həyata keçirilən bu cinayətlərə göz yumdu. Hazırda Azərbaycan işğaldan azad edilmiş bölgələrdə quruculuq işləri həyata keçirir və təbii ki, bu prosses fonunda tədqiqatlar da davam edir. Füzulidə və digər bölgələrdə Ermənistanın törətdiyi cinayətlərin izləri ortaya çıxacaq. Mən hesab edirəm ki, beynəlxalq aləmdə vətəndaşlarımız da Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin sübutu olan bu sümüklər və cəsəd qalıqları ilə bağlı geniş kampaniya aparmalıdırlar. Həmçinin, Ermənistan qlobal öhdəliklər fonunda etdikləri cinayətə görə cavab verməlidir”,- T.İsmayılov qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

Şükufə Ramizqızı

Nikol Paşinyan və Vladimir Putin arasında telefon danışığı olub

Nigar Məmmədova

Ukraynada həlak olan rusiyalı generallar

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu