“Fransa uzun müddətdir ki, Ermənistanın hərbi baxımdan təchiz edilməsi istiqamətində çalışır. Əslində burada maraqlı nüanslar ondan ibarətdir ki, Rusiyanın Ermənistan hakimiyyəti ilə münasibətlərinin gərginləşməyində bu faktor da xüsusi rol oynayır. Çünki Rusiya istəmir ki, bunun siyasi hegemoniyası olan bir ölkədə Fransa və dolayısı ilə NATO hərbi təchizat məsələsində iştirak etsin. Amma görünən odur ki, ikili rol oyanayan Nikol Paşinyan bir tərəfdən rəsmi Moskvanın dəstəyinə ümid etdiyi və Rusiya ilə müxtəlif gizli anlaşmalara getdiyi halda, birbaşa Rusiyanın təhrikləri ilə şərti sərhədlərdə Azərbaycana qarşı təxribatlar törətdiyi vaxtda, Vaşinqtonda görüşlərin keçirilməsindən dərhal sonra Fransanın belə bir qərar verməyi, düşünürəm ki, Ermənistanın növbəti siyasi saxtakarlığının bariz nümunələrindən biridir”.
Bu fikri Bugun.tv-yə özəl açıqlmasında politoloq Tural İsmayılov bildirib.
“Ötən həftə ərzində Fransanın Ermənistana yeni hərbi attaşe təyin etməsi də məsələnin ciddiliyindən xəbər verir. Son olaraq ölkəmizin bəzi xəbər portallarının yaydığı məlumatlardan biz görürük ki, artıq Ermənistanın hərbi mövcudluğunda, həmçinin müdafiə sənayesi sahəsində fransalı mütəxəssislər iştirak edirlər. Hesab edirəm ki, bu birbaşa Fransanın Azərbaycan və Türkiyəyə qarşı həm də savaş açması deməkdir. Bu günə qədər Emmanuel Makronun hakimiyyəti dövründə onsuz da gərgin və kəskin radikal formada olan ölkələrarası münasibətlər məhz, Fransanın sonuncu təxribatlarının nəticəsində daha da kəskinləşməyə doğru gedir. Bu da hesab edirəm ki, Fransanın Azərbaycan və Türkiyə ilə münasibətlərini tamamilə məhv etməyi deməkdir”,- T, İsmayılov qeyd edib.
“Bundan sonra nə baş verəcək? Ən yaxın ssenaridə dörd məsələ proqnozlaşdırılır. Birincisi ondan ibarətdir ki, Fransanın Ermənistanda hərbi formada mövcudluğunu Rusiya daha kəskin şəkildə cavablandıracaq. İkinci isə bütün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri Ermənistan ərazilərində Avropa İttifaqının müşahidə missiyası adı altında Fransa casus şəbəkəsinin çıxarılmağı üçün Nikol Paşinyana daha ciddi təzyiqlər edəcək. Üçüncü ən önəmli məsələlərdən biri də onan ibarətdir ki, ABŞ son dövrlər Fransanın və Makronun ABŞ siyasəti əleyhinə mövqe ortaya qoymasını bəhanə edərək, bu məsələdə Rusiya ilə ortaq fikir yürüdə bilər. Nəhayət, dördüncü məsələ odur ki, Fransanın Ermənistanı hərbi baxımdan təchizatlandırması və Ermənistanın bundan istifadə edərək Azərbaycan əleyhinə növbəti provikasiyalar törətməsinə Azərbaycan və Türkiyə Fransa əleyhinə daha kəskin mövqe ortaya qoya bilər”,- politoloq vurğulayıb.