6 C
Baku
9 Fevral 2026, 20:56
MüsahibəSiyasət

Tural İsmayılov: “Ölkəmizin əleyhinə həyata keçirilən fəaliyyətlərdə Paşinyanın ikiüzlü siyasətinin xüsusi rolu var”

“Nikol Paşinyanın Çexiyada verdiyi açıqlamalar Ermənistanın növbəti dəfə riyakarlığını və nə qədər qeyri-səmimi, ikiüzlü olduğunu ortaya qoydu. Bir gün öncə sülhlə və dövlətimizin ərazi bütövlüyü ilə bağlı açıqlamalar verən Paşinyan Çexiyaya gedərkən yenə Azərbaycanı ittiham edən bəyanatlar səsləndirdi”.

Bu fikri Bugun.tv-yə özəl açıqlamasında politoloq Tural İsmayılov bildirdi.

“Nəzərə almaq lazımdır ki, Ermənistanın bu gün Çexiyada və başqa ölkələrdə Azərbaycanın əraziləri ilə bağlı şərhlər etməsi, Ermənistanın ölkəmizə qarşı işğalçı mahiyyətinin təfəkkürünü dəyişmədiyini növbəti dəfə göstərdi. Paşinyan Azərbaycanın öz ərazilərində qurduğu sərhəd-buraxılış məntəqəsini tamamilə yanlış formada şərh etməklə məşğuldur. Ölkəmizin əleyhinə həyata keçirilən fəaliyyətlərdə Paşinyanın ikiüzlü siyasətinin xüsusi rolu var. Bu gün Avropa ölkələrinin müəyyən şəhər və paytaxtlarında Ermənistanın bu şıltaqlıqlarına və riyakarlıqlarına göz yumulur”, – T. İsmayılov qeyd etdi.

Politoloqun sözlərinə görə, belə problemlərin bölgədə qalmağının və Cənubi Qafqaza regional konteksdə sülhün gəlməməyinin böyük səbəblərindən biri də Ermənistanının baş nazirinin müxtəlif ölkələrdə etdiyi manipulyasiyalar və buna layiqli qiymətin verilməməsidir.

Bugün TV

Oxşar xəbərlər

İlk qadın baş naziri ölkə tarixində ən böyük seçki qələbəsini qazandı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

“Prezident İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu