MüsahibəSiyasət

Tural İsmayılov: “Ərdoğanın Azərbaycana səfəri ölkəmizə qarşı yönəlmiş məkirli planların hazırlanmasına mane olacaq”

“Ərdoğanın Bakı səfərindən təbii ki, gözləntilər böyükdür. Nəzərə almaq lazımdır ki, Türkiyə prezidentləri üçün prezident seçildikdən həmən sonra Türk cümhuriyyətinə və Azərbaycana səfərlər pozitiv bir ənənə halını alıb”.

Bu fikri Bugun.tv-yə özəl şərhində politoloq Tural İsmayılov bildirib.

T.İsmatılov qeyd edib ki, cənab Ərdoğanın seçkilərdən bir müddət sonra Azərbaycana gəlməyi, dövlətimizin Türkiyə ilə əlaqələrə və qardaşlıq münasibətlərinə verdiyi önəmin göstəricisidir.

“Bütün bu hadisələr kontekstində bir günlük səfər ancaq Azərbaycan və Türkiyə arasındaki əlaqələrin gələcək perspektivləri, eyni zamanda cənab Ərdoğanla İlham Əliyev arasında bir sıra məsələlər müzakirə ediləcək. Hər halda cənab Ərdoğanın Bakı səfəri dosta, düşmənə bir mesajdır. Türk birliyinin daha da inkişaf etməyi baxımından səfərin vacib əhəmiyyəti var. Eyni zamanda, Azərbaycana qarşı yönələn məkirli planların qarşısının alınmasında da hesab edirəm ki, Ərdoğanın Bakıya səfəri və buradan verəcəyi birgəlik mesajı vacib əhəmiyətə malikdir”, – politoloq vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Finlandiya nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsinə yaşıl işıq yandırıb

Aynur Camal

Rusiya və ASEAN mədəni irsin qorunması sahəsində əməkdaşlığı genişləndirəcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu