Baş xəbərSiyasət

Türbəyə silahlı hücum olub

Bugun.tv xəbər verir ki, İranın Şiraz şəhərindəki Şah Cərəq ziyarətgahına silahlı basqın edilib. ”TRT Haber”ə görə iki nəfər ölüb. İranın yarı-rəsmi agentliyi Tesnim-də dərc olunan xəbərə görə, Şiraz şəhərindəki Şah Çerağ türbəsinə silahlı basqın edilib. İran dövlət televiziyası hücum nəticəsində 7 nəfərin yaralandığını bildirib.

Hücum edənlərin 2 nəfər olduğu və sözügedən şəxslərin Mehdi qapısından türbəyə girməyə çalışdıqları qeyd edilib. Hücum edənlərdən birinin hadisədən sonra tutulduğu, digərinin isə qaçdığı bildirilib.

Türbənin qapılarının bağlı olduğu və təhlükəsizlik qüvvələrinin qaçan hücumçunu tutmaq üçün səylərini davam etdirdiyi bildirilib. Ötən il də hücum olub. Ötən ilin oktyabrında Şah Çərəğ türbəsinə də silahlı basqın olmuş və hücum nəticəsində 13 nəfər həlak olmuşdu. Hücumun səbəbkarlarından ikisi iyulun 8-də edam edilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İspan utancı niyə belə adlanır və bu hiss nədir?

Aynur Camal

44 qeyri-qanuni immiqrant xilas edildi, 31 immiqrant yaxalandı

İntizar Əmirova

3,5 minədək şəxsin məşğulluğu təmin edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu