18 C
Baku
8 Sentyabr 2024, 6:01
Dünya

Turbulent qəzadan sonra yeni qaydalar

Turbulent qəzadan sonra yeni qaydalar: Uçuş marşrutu dəyişdirildi

Sinqapur Hava Yolları turbulentlik səbəbiylə bir nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı uçuşdan sonra təhlükəsizlik kəməri qaydalarını dəyişdi. Sözügedən marşrut da dəyişdirilib. Sinqapur Hava Yollarına məxsus SQ321 reysi Myanma üzərində uçarkən qəfil və həddindən artıq turbulentlik kimi xarakterizə edilən vəziyyətlə qarşılaşdıqdan sonra bir sərnişin şübhəli infarktdan öldü və onlarla insan yaralandı.

Hadisədən sonra aviaşirkət turbulentliyə daha ehtiyatlı yanaşmaq qərarına gəlib. Bu çərçivədə, təhlükəsizlik kəməri işarəsi yandırıldıqda isti içki və ya yemək xidməti dayandırılacaq.

Təhlükəsizlik kəməri işarəsi yandıqda ekipaj da öz yerlərinə qayıdacaq. Sinqapur Hava Yolları da London-Sinqapur marşrutu üzrə gündəlik reyslərinin marşrutunu dəyişib.

Turbulentlikdən sonra həyata keçirilən iki uçuşun Myanma üzərində edilmədiyi, təyyarələrin hazırda Benqal körfəzi və Andaman dənizi üzərində hərəkət etdiyi müşahidə edilib. Sinqapurun Nəqliyyat Naziri həmçinin kokpit səs yazıcısı vasitəsilə uçuş məlumatlarının nəzərdən keçirilməsinin davam etdiyini açıqladı.

Təyyarədə 211 sərnişin və 18 ekipaj üzvü olan uçuş zamanı turbulans nəticəsində bir nəfər həlak olub.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Səs BMT-dən gəldi: Təcili tədbirlər görülməlidir, heç bir yer təhlükəsiz deyil

İntizar Əmirova

“Uoll-strit canavarı” filmindəki “Lamborghini” 1,6 milyon dollara satıldı

İntizar Əmirova

Reuters xəbər agentliyinin əməkdaşı Evans Ukraynaya raket hücumu nəticəsində həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu