Qırmızı dənizdə içərisində 45 nəfərin olduğu turist gəmisi batıb. Misir rəsmiləri 17 nəfərin itkin düşdüyünü, lakin axtarışların davam etdiyini bildirib. Misirdə turist gəmisinin batması nəticəsində 17 nəfərin itkin düşdüyü və bölgədə axtarış işlərinin davam etdirildiyi bildirilib.
Misir rəsmiləri Qırmızı dənizdə turist gəmisinin batdığını və qayıqda olan 45 nəfərdən 17-nin itkin düşdüyünü açıqlayıb.
Noyabrın 24-də Porto Qalib limanından ayrılan və noyabrın 29-da Hurghada Marinaya dönməsi planlaşdırılan “Sea Story” adlı gəmidə 14 nəfərlik heyətlə 31 turistin olduğu bildirilib.
Səlahiyyətlilər, qayığın əlaqəni itirməzdən əvvəl qəza siqnalı verdiyini qeyd edərək, ərazidə axtarış işlərinin davam etdiyini bildirdi.
Mənbə: Hurriyet.Tr