Peruda silahlı şəxslər turist gəmisini qaçırıb. Hücum edənlər qayıqda olan 14 nəfəri qarət edib və qayığın mühərrikini oğurlayıblar. Perunun Amazon meşələrində ailəsi ilə bir turist qayığı kirayəyə götürdüyünü izah edən ispan fenomeni Elisabet de la Almudena başına gələnləri TikTok-da izah etdi. Sosial media fenomeni, gəmidə 14 nəfərin olduğunu və onların Perunun İquitos şəhərindən bir günlük çay turuna getdiklərini bildirib.
Bu fenomen Amazon çayında üzərkən, dörd silahlı şəxsin qəfildən onların qayığına minərək nəzarəti ələ keçirdiklərini və onların meşəyə aparıldığını bildirib. Hücum edənlərin bütün sərnişinlərin qiymətli əşyalarını oğurladığını, mobil bank proqramları vasitəsilə hər kəsin pulunu köçürdüyünü və qayığın mühərrikini oğurladığını bildirib.
Yaşadıqlarını başqasının yaşamasını istəmədiyini ifadə edən Almudena, ”Hər kəsdən cib telefonunu açmasını istədilər. Bizə dedilər ki, onların hesabına pul göndərək. “Dedilər ki, bunu etməsək, bizi meşədə qoyub gedəcəklər. Hücum edənlərin qayığın mühərrikini də götürdüyünü deyən fenomen, taxtalardan istifadə edərək meşədən çıxmağa çalışdıqlarını, təsadüfən rastlaşdıqları başqa bir ailə sayəsində xilas olduqlarını bildirib.
TUR ŞİRKƏTİNDƏN AÇIQLAMA
“The Guardian” xəbər verir ki, hadisədən sonra tur şirkəti belə açıqlama verib: ”Bu hadisə tamamilə qeyri-adi və gözlənilməz idi. Biz dərhal səlahiyyətlilərə məlumat verdik, zərər çəkmiş qrupa dəstək verdik və istintaqda fəal iştirak edirik.”
Şirkət həmçinin gəmilərə GPS sistemi quraşdıraraq yeni bir tədbir görəcəklərini də açıqlayıb.
Mənbə: TgrtHaber