19 C
Baku
29 İyun 2025, 5:41
Dünya

Turistlər Himalay dağlarına yerli bələdçilərlə səyahət edəcəklər

Himalay dağlarına səyahət edənlər yerli bələdçilərdən yararlanmalı olacaqlar. Bu, səyahətçilərin təhlükəsizliyini təmin etmək və daha çox iş yerləri yaratmaq məqsədi daşıyır.

Bugun.tv xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nepal Turizm Şurası qərar verib. Qanun aprelin 1-dən qüvvəyə minəcək.

Şuranın sözçüsü Mani Raj Lamiçhane bildirib ki, turizm şirkətləri yerli bələdçiləri işə götürmək məcburiyyətindədir. Onun sözlərinə görə, hər il Nepalda təxminən 40-50 hadisə qeydə alınır. Səlahiyyətlilər onları izləmək və xilas etməkdə tez-tez problemlərlə üzləşirlər. O, bu sahədə daha çox bələdçilərə  ehtiyac olduğunu vurğulayıb.

Sözçü qeyd edib ki,  fevral ayında Nepal hava yolu ilə cəmi 73 255 turist qəbul edib. Bu da əvvəlki illərlə müqayisədə 4 dəfə çoxdur.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Real Madrid”in yarımmüdafiəçisi İngiltərə klubuna keçə bilər

Bugün TV

Səfirlikdən “İslam Respublikası” ifadəsi silinib

Aynur Camal

Meksika: Merin katibi və müşaviri atışma nəticəsində həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu