26 C
Baku
11 Sentyabr 2025, 20:34
Sosial

“Turistlərə qarşı haqsızlıq ölkənin imicinə zərbə vurur” – Deputat Razi Nurullayev

Turizm Agentliyinin səlahiyyətlərinə daxil olmayan bir çox məsələlər var ki, nəticədə turistlər incidilir.

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyasının başqanı, deputat Razi Nurullayevin bu fikirlərini politoloq Aqil Məmmədov öz sosial media hesabında  paylaşıb.

Millət vəkili bildirib ki, Turizm Agentliyinə əlavə səlahiyyətlər verilməli və məsuliyyət tam olaraq onların üzərində olmalıdır:

“Beləliklə, hər hansı problem yarandıqda məsuliyyətin kimdən soruşulacağı aydın olmalıdır”.

MCP başqanının sözlərinə görə, bəzi turizm şirkətləri turistləri aldadır və incidirlər. Hətta restoranlarda da buna rast gəlinir:

“Bunun özüm də şahidi olmuşam. Təxminən 20 gün əvvəl olduğum restoranda iki Avstriya vətəndaşı vardı. Orada deyiblər ki, qutabı bizə 1 manata, onlara isə 3 manata satacaqlar. Bir çox restoranlarda yerli və xarici vətəndaşlar üçün iki ayrı menyu mövcuddur”.

Deputat əlavə edib ki, oxşar vəziyyətə taksi xidmətlərində də rast gəlinir. O, Finlandiyadan gəlmiş turistlə bağlı hadisəni xatırladıb:

“Turistin yol haqqı 8 manat olduğu halda, taksi sürücüsü ondan 100 manat tələb edib. Bu, bir çox ölkədə rast gəlinən haldır, amma bu dərəcədə olması yolverilməzdir”.

Razi Nurullayevin sözlərinə görə, belə hallar turistlərin Azərbaycana marağına zərbə vurur: “Onlar sosial şəbəkələrdə Azərbaycan haqqında mənfi fikirlər əks etdirən videolar paylaşırlar. Bu isə ölkəmizin imicinə mənfi təsir göstərir. Düşünürəm ki, bu istiqamətdə mütləq ciddi tədbirlər görülməlidir”.

Aynur Camal

Oxşar xəbərlər

Mikrodalğalı sobanın qapağındakı qida qalıqları zəhərlənməyə səbəb ola bilər

Aynur Camal

Günel İbrahim “Neyroestetika” ilə bağlı təlim keçib

Bugün TV

“Hamilə qadın ən azı 7-8 dəfə müayinədən keçməlidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu