Bugun.tv xəbər verir ki, Dənizlidə dünən turistləri daşıyan tur avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində həyatını itirənlərin sayı 3-ə yüksəlib. Qəza dünən saat 12:00 radələrində Dənizli-Afyonkarahisar avtomobil yolunun Çardak mahalı girişindəki Hava Limanı qovşağında baş verib. Dənizlidən Konyaya tailandlı turistləri daşıyan İbrahim Torkun idarə etdiyi tur avtobusu ilə kəsişmədə ikinci dərəcəli yolu nəzarətsiz tərk etdiyi iddia edilən vəkil Şükriye Şule U.-nun idarə etdiyi avtomobil toqquşub.
TRT Haber-in məlumatına görə, Sürüşən tur avtobusu yol ayrıcındakı istiqamət nişanına çırpılıb. Qəzada avtobusda olan turistlər, bələdçi, sürücü və avtomobilin sürücüsü olmaqla 29 nəfər xəsarət alıb.
Ətrafdakıların xəbəri üzərinə qəza yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Yaralılar təcili yardım maşınları ilə Çardak və Dənizli xəstəxanalarına aparılıb.
Pamukkale Universiteti Xəstəxanasına aparılan və başından aldığı zərbə nəticəsində əməliyyat olunan tur bələdçisi Mehmet İlhan və Taylandlı kişi turist Suwicha Yamsuk dünən həyatını itirib.
Xəstəxanaya yerləşdirilən daha bir turist dünyasını dəyişib
Bu gün Dənizli Dövlət Xəstəxanasında müalicə alan Tailandlı turist Nutthaphan Jiwakeait dünyasını dəyişib. 15 Tailandlı turist evə buraxılarkən, ikisi sürücü olmaqla 11 nəfərin müalicəsinin davam etdiyi bildirilib.
Həyatını itirən bələdçi Mehmet İlanın cənazəsi dəfn olunmaq üçün məmləkəti Muğlanın Menteşe mahalına aparılıb.
İki Taylandlı turistin cəsədləri Pamukkale Universiteti Xəstəxanası Ədli Tibb Təşkilatında ediləcək yarılmadan sonra hava yolu ilə ölkələrinə göndəriləcək.