HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar elan edilən 1 günlük milli matəm çərçivəsində Türkiyənin İsraildəki səfirliyindəki bayraqlar yarıya endirilib. Qəzəblənən İsrailin xarici işlər naziri Katz prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alıb.
HƏMAS-ın Siyasi Bürosunun lideri İsmayıl Haniyə İranın yeni seçilmiş prezidenti Pezeşkiyanı təbrik etmək üçün getdiyi paytaxt Tehranda qaldığı iqamətgahda qətlə yetirilib.
Türkiyənin HƏMAS lideri İsrail Haniyənin öldürülməsinə görə bir günlük matəm elan etməsi İsraili hiddətləndirib.
Türkiyənin İsrailin paytaxtı Təl-Əvivdəki səfirliyində öldürülən Həmas lideri İsmayıl Haniyə üçün Türkiyə bayrağı yarıya endirilib.
İsrail mediası İsrailin xarici işlər naziri İsrael Katzın reaksiya olaraq Türkiyənin İsraildəki müvəqqəti işlər vəkilini nazirliyə çağırdığını bildirib. Katz, “Səfirlik nümayəndələri terrorçu Haniyənin ölümünə yas tutmaq istəsələr, Türkiyəyə gedib Ərdoğanla birlikdə yas tuta bilərlər” sözlərini sitat gətirib.
NƏ OLUB?
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.
İran İnqilabı Keşikçiləri Korpusu iyulun 31-də səhər saatlarında verdiyi bəyanatda Haniyənin Tehrandakı iqamətgahına hücum edildiyini açıqlayıb.
Mənbə: TGRT