8 C
Baku
23 Dekabr 2024, 6:39
Baş xəbərSosial

Türk dili dərslərinə start verilir!

Bugun.tv xəbər verir ki, Yunus Əmrə İnstitutu Türkiyə türkcəsini öyrənmək və dil bacarıqlarını inkişaf etdirmək üçün dörd dil üzrə onlayn türkcə kurslarını elan edir.

Uzaq məsafələr qət etməyə gərək qalmadan, istədiyiniz yerdə və sizə uyğun saatlarda türkcə öyrənə bilərsiniz. Onlayn dərslərdə iştirak etmək üçün internet əlaqəsi olan kompüter, telefon və ya planşetin olması kifayətdir.

Dərsləri həftədə 2 gün, cəmi 36 və ya 72 saat olmaqla, 2 saat davam edir. Təşkil olunan kurslara turkce.yee.org.tr saytına daxil omaqla rahatlıqla yazıla və virtual siniflərdə təcrübəli müəllimlərdən interaktiv şəkildə türk dilini öyrənə bilərsiniz.

Yaş məhdudiyyəti yoxdur. Hər kəs bu dili öyrənə, türkcəsini təkmilləşdirə və dünyanın müxtəlif yerlərindən olan insanlarla yeni dostluqlar qura bilər. Həmçinin burada türkcənizi təkmilləşdirdikdən sonra Türkcə Yetərlik İmtahanına da girərək dil biliklərinizi sertifikatlaşdıra bilərsiniz.

Xatırladaq ki, Türkiyədə təhsil almaq istəyən tələbələr üçün Türkçə Yetərlik Sertifikatı zəruri sənədlər siyahısındadır. Onlayn Türk dili kurslarına müraciət etmək üçün aşağıdakı linkə daxil olaraq ərizə formasını doldura bilərsiniz.

https://turkce.yee.org.tr/tr/

Kəmalə Sultan

Oxşar xəbərlər

Qəzaya uğrayan təyyarədə 4 uşaq sağ tapıldı

Aynur Camal

Fevralın 19-da gözlənilən hava şəraiti

Aynur Camal

Çətənə bitkiləri aşkar edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu