10 C
Baku
16 Fevral 2026, 23:51
Baş xəbər

Türk Dünyası Novruz Festivalı (FOTO)

Bugun.tv-yə daxil olan məlumata əsasən, bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində Türk Dünyası Novruz Festivalı keçirilir. Festival bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub. Festivalda bütün türk dövlətlərindən gəlmiş millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirlər. Azərbaycan Respublikasını Milli Məclisin üzvləri, Sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Şimali Kipr Parlamentlər arası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev təmsil edirlər. Milli Məclis üzvlərini ölkə başçısı cənab Ersin Tatar və Cümhuriyyət Məclisi başkanı cənab Ziya Öztürklər öz iqamətgahlarında qəbul ediblər.

3 gün ərzində davam edən Novruz Festivalında bütün türk dövlətlərindən, o cümlədən Azərbaycan Respublikasından gəlmiş sənətçilər çıxışlar edirlər. Bu günün sonunda Festivalın bağlanışına həsr olunmuş Qala-konsert olacaq. Qala-konsertdə türk dünyasından gəlmiş qonaqlarla bərabər Şimali Kipr Türk Respublikasının dövlət və hökümət başçılarının, nazirlərin və çoxsaylı ictimai-siyasi xadimlərin iştirakı gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

“Azərbaycan-Ermənistan ticarət əlaqələri rəsmi statistikada əksini tapıb”

Aynur Camal

Rəsmi olaraq Azərbaycan və Serbiya strateji tərəfdaşlıq şurası yaradıldı

Aynur Camal

AzTV-nin 70 illiyi qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu