Bugun.tv xəbər verir ki, Polşanın paytaxtı Varşava şəhərində “Atatürkü anma, Gənclik və idman” tədbiri baş tutub. Tədbirdə Polşada yaşayan və təhsil alan türk dövlətlərinin gəncləri bir araya gəlib.
Türk mədəniyyətinin və mətbəxinin təbliğini nəzərdə tutan festival müxtəlif idman yarışları, açıq hava konserti və milli mətbəxin təamlarının sərgiləndiyi stendlərlə yadda qalıb. Türk dövlətlərindən, o cümlədən Azərbaycandan olan gənclər müxtəlif idman yarışlarında öz gücünü sınayıb. İdman yarışlarının qalibləri müxtəlif mükafatlara və medallara layiq görülüblər. Türkiyə və Özbəkistan mətbəxindən olan təamlar, şirniyyatlar isə xüsusi ilə yerli əhalinin və və vətəndən uzaqda olan gənc tələbələrin ürəyincə olub.
Kərim İbrahimov
Bugün.Tv, Avropa bürosu.