17 C
Baku
10 İyun 2025, 1:55
Siyasət

Türk general mövcud şərtlərdə Şuşa Bəyannaməsinin önəmindən danışdı

Türk generalı Yücel Karauz Azərbaycan-Turkiyə qardaşlığından danışıb. Azərbaycan və Türkiyə Oğuz tayfasının biri-birinə ən sıx bağlı olan iki türk toplumudur. Bu bağlılıq tarixin bütün dövrlərində davam etmiş, zamanla daha üst səviyyələrə gəlib çatıb. Türkiyə Cümhuriyyətinin qurucusu Böyük Atatürk  Azərbaycan sevgisini bir cümlə ilə belə ifadə edirdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”.
1918-ci ildə Nuri Paşa ordusunun darda olan qardaşının harayına gəlməsi,1991ci ildə Azərbaycan Sovet əsarətindən çıxdıqdan sonra onun müstəqilliyini tanıyan ilk dövlətin  Türkiyə olması bu bağlılığın faktiki sübutudur.
Tarixi Şuşa bəyannaməsi ilə iki qardaş dövlətin münasibətləri başqa bir boyuta keçdi.

Bu gün Türkiyə Azərbaycanın dostu, qardaşı və ən etibarlı strateji tərəfdaşıdır.
İkinci Qarabağ müharibəsindən sonra bu iki dövlət arasında siyasi əlaqələr inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib.
Türkiyə Milli Müdafiə Nazirliyinin keçmiş hərbi müşaviri, Briqada generalı Yücel Karauz “Bugün.tv”yə mövcud şərtlərdə Şuşa Bəyannaməsinin önəmindən danışıb. O, hesab edir ki, Azərbaycan-Türkiyə münasibətləri 2021 ildə imzalanan Şuşa Bəyannaməsi ilə ən üst səviyyəyə çıxdı. BMT-yə daxil olan 193 ölkədən heç biri arasında bu ikilik  arasındakı doğma münasibət yoxdur.
Bu müttəfiqlik münasibəti “Bir millət, iki dövlət, tək ordu” səviyyəsində bir müttəfiqlikdir. Yücel Karauzun “Bugün.tv” ə verdiyi müsahibəni təqdim edirik.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Peskov Federal Təhlükəsizlik Xidmətinin irəli sürdüyü iddianı “ördək” adlandırdı

Nigar Məmmədova

Mask Hollandiyanın baş nazirinin Kiyevlə razılaşma hüququndan danışdı

Kəmalə Sultan

“Azərbaycan və Pakistan qarşılıqlı hörmət, etimad və ortaq dəyərlərə əsaslanan güclü və möhkəm əlaqələr qurub”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu