Beynəlxalq silahlı böhranlar, silahlanma və tərksilah tendensiyaları ilə bağlı araşdırmalar aparan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyanın 100 ən böyük silah şirkətini açıqlayıb. Hesabata görə, ötən il türk şirkətlərinin qlobal silah ticarətində payı artıb. SIPRI-nin siyahısına Türkiyədən Aselsan, Baykar və TUSAŞ da daxil edilib.
Bir il ərzində yüzdə 25 artımla 1,9 milyard dollar gəlir əldə edən Baykar, “İlk 100” siyahısında 10 pillə irəliləyərək 69-cu sırada qərarlaşıb. 2022-ci ildə siyahıda 88-ci olan TUSAŞ, bu il 10 pillə yüksələrək 78-ci oldu. Şirkət yüzdə 45 ilə gəlirlərini ən çox artıran türk silah istehsalçısı oldu. Gəlirlərini yüzdə 12 artıran Aselsan siyahıda 62-ci yerdən 54-cü yerə yüksəlib.
2023-cü ildə bir çox silah istehsalçısı artan tələbata cavab olaraq istehsalını artırdı. ABŞ-dan cəmi 41 şirkətin yer aldığı siyahıda ilk beş yeri Amerika şirkətləri tutub. Bununla belə, dünyanın iki ən böyük silah istehsalçısı, ABŞ-ın Lockheed Martin və RTX, təchizat zəncirindəki inkişaflar qarşısında istehsalında azalma qeydə aldı. Çin istehsalçıları cəmi 103 milyard dollarla ABŞ istehsalçılarından sonra ikinci yeri tutublar. İlk 100-liyə daxil olan iki Rusiya silah şirkətinin gəlirləri 40 faiz artaraq 25,5 milyard dollara çatıb. İlk 100 şirkət arasında 27 Avropa şirkəti olduğu halda, Ukrayna müharibəsi səbəbindən bu şirkətlərin sifariş qəbulu artıb.
Mənbə: Hurriyet.Tr