4 C
Baku
22 Yanvar 2025, 11:56
Dünya

Türk tələbələrə qarşı ayrı-seçkilik edən universitet günahkar adlandırıldı

İsveç Ayrı-seçkilik Ombudsmanı (DO) Stokholm Universitetini “Türkiyə İsveçin NATO-ya daxil olmasına mane olduğu” əsası ilə bir türk tələbənin təcrübə müraciətini rədd etməkdə günahkar bilib.

İsveçin ictimai radiosu SR-nin xəbərinə görə, DO tərəfindən edilən açıqlamada, Fatma Zehra S. adlı türk tələbənin 5 dekabr 2022-ci ildə etdiyi müraciətin qiymətləndirilməsinin yekunlaşdığı bildirilib.

Açıqlamada, araşdırmalar nəticəsində tələbəyə qarşı etnik ayrı-seçkiliyin olduğu müəyyən edildiyi, Stokholm Universitetinin ayrı-seçkilikdə günahkar olduğu qeyd edilib.

İstanbul İbn Haldun Universitetinin Psixologiya fakültəsinin 3-cü kurs tələbəsi Fatma Zehra S, 23 noyabr 2022-ci il tarixində Avropa İttifaqının (AB) qrant proqramı çərçivəsində təcrübə keçmək hüququ qazandığı Stokholm Universitetinə müraciət etmişdir.

Universitetin müəllimlərindən professor Per Karlbrinqin rəhbərlik etdiyi tədqiqat layihəsində iştirak etmək istədiyini bildirən akademikə elektron məktub göndərən Fatma Zehra S, Carlbrinqdən “Hörmətli Fatma, mən Sizi qonaq etmək istərdim, amma Türkiyə İsveçin NATO-ya üzv olmasına mane olduğu üçün sizin müraciətinizi rədd etməliyəm” Cavabı alıb.

Universitetin Psixologiya şöbəsinin müdir müavini Torun Lindholm Ojmyr 5 dekabr 2022-ci ildə Stokholm Universiteti ilə bağlı DO-ya şikayət edən Fatma Zehra S-ə üzrxahlıq məktubu göndərərək professor Karlbrinqin davranışının yersiz və yanlış olduğunu etiraf edib.

Fatma Zehra S, mənfi təcrübəsinə baxmayaraq, ərizəsinin eyni universitetin psixologiya kafedrasında fərqli professor tərəfindən qəbul edildiyini deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Pilot huşunu itirdi

Aynur Camal

Niger BMT koordinatoru Aubindən 72 saat ərzində ölkəni tərk etməyi xahiş edir

Bugün TV

Prezident Ərdoğan 13 ildən sonra İraqda!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu