Bugun.tv xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan demokratik seçkilər yolu ilə növbəti dəfə Türkiyə Respublikasının Prezidenti seçilib.
Xatırladaq ki, mayın 14-də keçirilən birinci turdan sonra namizədlər yenidən bu gün növbəti dəfə seçkiyə qatıldılar.
Rekord fəallıqla seçkiyə gedən türk xalqı güclü Türkiyə üçün “Bəli” dedi. İlk turda rəqibi Kamal Kılıçdaroğlunu qabaqlayan prezident Rəcəb Tayyib Ərdoğan ikinci turda böyük fərqlə qalib gəlib.