24 C
Baku
13 Sentyabr 2025, 15:01
DünyaSiyasət

Türkiyə Ali Seçki Şurası məlumat yaydı

Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə prezident seçkilərinin birinci turunda səslərin 49,24 faizini toplayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Ali Seçki Şurasının açıqladığı yekun hesablamada bildirilib.

14 may seçkilərində onun əsas rəqibi Kamal Kılıçdaroğlu 45,07% , üçüncü namizəd Sinan Oğan 5,17% səs toplayıb və yarışdan kənarlaşdırılıb.

Ali Seçki Şurasının məlumatına görə, mayın 14-də keçirilən seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmiş 60 milyon 721 min 745 nəfərdən 53 milyon 993 min 683 nəfər iştirak edib. Demək olar ki, 53 milyon bülleten etibarlı hesab olunub. Seçkilərdə 88,92 faiz iştirak edib.

Birinci turda qalib gəlmək üçün namizədin 50%-dən çox səs toplaması lazım idi. Heç kim o həddi aşa bilmədiyi üçün mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. İkinci turda qalib gəlmək üçün sadə səs çoxluğu kifayətdir.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

İsrail HƏMAS ilə Parisdə Qətərdə əldə olunan razılaşmanın şərtlərini təsdiqlədi

Bugün TV

Netanyahu ABŞ Konqresinin birgə iclasında çıxış edəcək

Aynur Camal

Didimi ziyarət etmək üçün 5 səbəb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu