28 C
Baku
21 İyul 2025, 1:56
Baş xəbərİqtisadiyyat

Türkiyə lirəsi dollara nisbətən yenidən dəyər itirib

Son 1 ayda 8 faiz ucuzlaşan Türkiyə pulunun çarpaz olaraq digər əksər valyutalara nisbətən də dəyəri azalıb.

Bugun.tv xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, hazırda 1 ABŞ dolları almaq üçün 21.22 lirə ödəmək lazımdır. Hətta sektorda kifayət qədər yüksək güvənli hesab edilən Mehmet Simşəkin maliyyə naziri təyin olunması belə lirəinin ucuzlaşmasının qarşısını ala bilməyib.

“Seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Seçkinin başa çatmasına baxmayaraq Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuq hesab olunur. Bu isə xarici valyita təklifinə birbaşa təsir göstərir. Türkiyə Mərkəzi Bankının net forex ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır.

Bununla belə, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir. Ayındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq, yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar orta müddətli dövrdə stabiliyə nail olmaq imkanlarını xeyili genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağrışlar gözləyir”.

Aynur Camal

Oxşar xəbərlər

Beton qarışdıran maşın 11 avtomobilə çırpılaraq aşıb

Bugün TV

AK Partiya Millət Vəkili Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terroru qınadı

Nigar Məmmədova

Azərbaycanda 3 yeni peşə bayramı təsis edildi – SƏRƏNCAM

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu