25 C
Baku
10 Sentyabr 2025, 22:42
Baş xəbərSiyasət

Türkiyə ordusu bir həftədə Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirdi

Bugun.tv xəbər verir ki,Türkiyə Silahlı Qüvvələri oktyabrın ilk həftəsində Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib.

AZƏRTAC xəbər verir ki, TRT telekanalı bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülərə istinadla məlumat yayıb.

“Oktyabrın 1-dən 8-dək Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın və Suriyanın şimalinda PKK/PYD qruplaşmalarına qarşı apardığı əməliyyatların gedişində 150-dən çox terrorçu zərərsizləşdirilib, terror təşkilatlarının obyektləri və gəlir mənbələri sıradan çıxarılıb”, – deyə məlumatda bildirilir.

Oktyabrın 1-də PKK silahlılarının Ankarada Daxili İşlər Nazirliyinin binasına hücumundan sonra Türkiyə ordusu İraqda və Suriyada terrorçulara qarşı əməliyyatları intensivləşdirib. Ekspertlərin fikrincə, Türkiyə Silahlı Qüvvələri ölkənin cənub sərhədləri yaxınlığında genişmiqyaslı quru əməliyyatına başlaya bilər. İraq və Suriyada əməliyyatlar keçirmək üçün ordunun mandatı var və mandatın uzadılması məsələsi oktyabrın sonunadək parlamentdə müzakirə olunacaq.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı

Bugün TV

İspan utancı niyə belə adlanır və bu hiss nədir?

Aynur Camal

Həkimlər allergik səpgi cızmağın niyə zərərli olduğunu izah etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu