Baş xəbərDünya

Türkiyə qırıcı təyyarələr üçün mühərrik istehsal etmək istəyir

Türkiyə ABŞ-ın “General Electric” korporasiyasının F-16 qırıcılarında istifadə olunan F110 mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır.

Bugun.tv xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, Ankara Vaşinqtondan F110 mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace Industries” kompaniyasının beşinci nəsil “Kaan” döyüş təyyarəsini iki ədəd F110 mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında həmin təyyarənin ilk uçuşu nəzərdə tutulub.

“Kaan” qırıcı təyyarəsi üzərində çalışmalar 2017-ci ildən “Milli Döyüş Təyyarələri” proqramı çərçivəsində həyata keçirilir. 2028-ci ildə onun kütləvi istehsalına start verilməlidir. Türkiyə rəsmiləri bildirirlər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-ın F-35 döyüş təyyarələrini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində silahlanmada olan F-16 qırıcılarını əvəz edəcək.

Kəmalə Sultan

Oxşar xəbərlər

Fevralın 11-də gözlənilən hava şəraiti

Aynur Camal

Eowyn fırtınası səbəbindən məktəblər bağlandı, uçuşlar ləğv edildi

Aynur Camal

Qaiser Nawab Çin Yeni ili münasibətilə səmimi arzularını çatdırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu