34 C
Baku
27 İyul 2025, 10:46
Baş xəbər

Türkiyədə ev alan əcnəbilər arasında rusiyalılar liderdir

Rusiyalılar noyabr ayında Türkiyədə 637 mənzil alıblar ki, bu da xarici ölkə vətəndaşları arasında ən yüksək göstəricidir.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin Milli Statistika İnstitutu məlumat yayıb. Rusiyalılar ardıcıl olaraq ikinci ildir ki, həmin siyahıda ilk yeri tutur.

Rəsmi statistikaya görə, noyabrda Türkiyədə mənzil alan əcnəbilərin siyahısında ikinci yerdə İran vətəndaşları (234 mənzil), üçüncü yerdə ukraynalılar (128 mənzil), dördüncü yerdə isə qazaxıstanlılar (117 mənzil) qərarlaşıb.

Ümumilikdə isə son bir ay ərzində əcnəbilər Türkiyədə 2 min 342 daşınmaz əmlak alıblar ki, bu da ötənilki göstəricidən 61,5 faiz azdır. Xarici ölkə vətəndaşları mənzil alarkən ən çox kurort zonası olan Antalyaya üstünlük verirlər. Orada 790, İstanbulda 710, Mersində isə 316 ev alınıb.

Aynur Camal

Oxşar xəbərlər

“Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirildi

Aynur Camal

Samsung elan etdi: S Pendən imtina etmək fikrimiz yoxdur

Aynur Camal

BMT: Qəzzada köçkünlərin sayı 338 mini keçib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu