Baş xəbərDünya

Ankara sammitində Ukrayna protesti davaya səbəb oldu!

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) Ankarada keçirilən sammitində Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvləri arasında dava düşüb.

Rusiya Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Olqa Timofeyeva “Müqəddəs Georgi lenti” asıb. Ukrayna rəsmiləri onun çıxışını pozmağa çalışıblar və onun arxasında bayraqlar açıblar. Rusiya nümayəndə heyətinin üzvləri isə ukraynalıların hərəkətlərinin qarşısını almağa çalışıblar.

Bundan sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop vəziyyətə müdaxilə edib. O, fasilə elan edib, həmçinin tədbirin qaydalarını pozan nümayəndə heyətinin iclas zalını tərk etdiyini bildirib.

“Burada söz verilən şəxs çıxış edəcək. Mən tədbirin asayişinin pozulmasına icazə verməyəcəyəm. Kiminsə belə bir niyyəti varsa, o zaman binanı tərk etsin”.

Mənbə: hurriyyət.tr

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycan ilə Kamboca arasında ticarət dövriyyəsi son 5 ildə 6 dəfə artıb

Aynur Camal

Şimali Koreya bir neçə ballistik raket buraxdı

Aynur Camal

Çin Tayvanla əlaqələrə görə iki ölkənin rəsmisinə sanksiya tətbiq edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu