24 C
Baku
20 İyul 2025, 3:58
Baş xəbərDünya

Türkiyə 2023-cü ildə qlobal ticarətdə rekord paya sahib oldu

2023-cü ildə Türkiyənin dünya ticarətindəki payı 1,06 faizə çataraq doqquz ay ərzində 253,3 milyard dollar təşkil edib.

Bugun.tv xəbər verir ki, bu rəqəmi ticarət naziri Ömər Bolat özünün sosial media hesabında açıqlayıb.

“Ümumdünya Ticarət Təşkilatının son məlumatına görə, 2023-cü ilin doqquz ayı ərzində ixracımız 253,3 milyard dollar təşkil edib ki, bu da dünya ticarətinin 1,06 faizinə bərabərdir. Bundan öncəki rekord 1,02 faizlik göstəricinin qeydə alındığı 2022-ci ilə aiddir.

Qeyd edək ki, Türkiyənin 2022-ci ildə ümumi ixracı 254 milyard dollar olub.

Hakimiyyət orqanları ilin sonunadək ixracatın 265 milyard dollara çatacağını proqnozlaşdırır. Prezidenti Rəcəb Tayyib Ərdoğan isə 2028-ci ilə qədər ixracı 400 milyard dollara çatdırmaq niyyətində olduqlarını bildirib.

Teymur Əziz

Oxşar xəbərlər

Zəlzələlər zamanı dağlardan qopan nəhəng qayalar aparılan işlərlə təmizləndi

İntizar Əmirova

İtaliya Rəqabət Təşkilatı TikTok-u 10 milyon avro cərimə etdi

İntizar Əmirova

Alimlər şəkərli içkilərin zərərini hesabladı və bunun dağıdıcı olduğu ortaya çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu