Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə prezident seçkilərinin birinci turunda səslərin 49,24 faizini toplayıb.
Bugun.tv xəbər verir ki, bu barədə Ali Seçki Şurasının açıqladığı yekun hesablamada bildirilib.
14 may seçkilərində onun əsas rəqibi Kamal Kılıçdaroğlu 45,07% , üçüncü namizəd Sinan Oğan 5,17% səs toplayıb və yarışdan kənarlaşdırılıb.
Ali Seçki Şurasının məlumatına görə, mayın 14-də keçirilən seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmiş 60 milyon 721 min 745 nəfərdən 53 milyon 993 min 683 nəfər iştirak edib. Demək olar ki, 53 milyon bülleten etibarlı hesab olunub. Seçkilərdə 88,92 faiz iştirak edib.
Birinci turda qalib gəlmək üçün namizədin 50%-dən çox səs toplaması lazım idi. Heç kim o həddi aşa bilmədiyi üçün mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. İkinci turda qalib gəlmək üçün sadə səs çoxluğu kifayətdir.
Mənbə:TASS
