Artıq internetdə Türkiyə C-130 hərbi nəqliyyat təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı görüntülər yayılıb. İlkin məlumatlara görə, təyyarədə olan 20 hərbçinin hamısı, o cümlədən heyət həlak olub.
Təyyarə qəzaya uğrayanda Azərbaycandan Türkiyəyə qayıdırdı.
Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Müdafiə naziri Zakir Həsənov da eyni addımı ataraq türkiyəli həmkarı Yaşar Gülərə məktub göndərib.
Qəzanın səbəbi hazırda məlum deyil. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.
Mənbə: mail.ru
