Qurtuluş müharibəsinin alovu ilə bir milləti oyadan Anadolunu vətənə çevirən və hazırda 102 yaşı olan Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür.
1881-ci ildə Selanikdə doğulan Atatürk, Qurtuluş savaşına rəhbərlik edərək ölkəni müstəqilliyə qovuşdurdu və 1923-cü ildə Cümhuriyyəti elan etdi. O, təhsilin, elmin və qadın hüquqlarının inkişafına böyük önəm verərək Türkiyəni müasir dövlətə çevirdi. Hər il 10 noyabrda saat 09:05-də bütün Türkiyədə Atatürk sükutla yad olunur.
Gələcək nəsillərə örnək olan nümunəvi həyat və yaradıcılıq yolu olan Atatürkün bir çox deyimləri var:
“Hattı müdafaa yoktur, sathı müdafaa vardır. O sath bütün vatandır.” – deyə belə bir məşhur ifadəsi var.
Mənbə: Trthaber.com
