12 C
Baku
13 Fevral 2026, 22:58
Digər

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü qeyd olunur

Bugun.tv – xəbər verir ki, 29 oktyabr 2025-ci il, Türkiyə xalqı üçün xüsusi və qürurverici gündür.

Qeyd edək ki, 102 il əvvəl, 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti elan olunub. Bu hadisə, Türk xalqının azadlıq və müstəqillik mübarizəsinin ən böyük nailiyyəti kimi tarixə düşüb.

Bu münasibətlə Türkiyənin hər yerində, həmçinin dünyada türklərin yaşadığı hər ölkədə bayram tədbirləri keçirilir. Hər il türklər Cümhuriyyətin dəyərlərini yad edir, Atatürkün əziz xatirəsini hörmətlə anırlar.

Hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aparıcı dövlətlərdən biridir.

Cümhuriyyət — azadlığın, bərabərliyin və xalq iradəsinin təntənəsidir.

Yaşasın 102 yaşlı Türkiyə Cümhuriyyəti!

Aynur Camal

Oxşar xəbərlər

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Qonşuda böyük xaos, İranda Livanlaşma siqnalları!!!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu