Türkiyədə xalqın istədiyi oldu, özlərini demokrat kimi dünyaya “sıriyan” bəzi dövlətlərə Türkiyə demokratiya dərsi keçdi. Görəsən nəyə görə 2005 ildə milliyətçi partiya MHB dən millət vəkili seçilən, namizəd Sinan bəy səslərini cənab Ərdoğana vermədi, kim və nəyə görə Sinan bəyi incik salıb?
Bəs zəlzələ olan bölgələr, çətinliklərə, narahatçılığlara baxmayaraq, əksəyiyyət nəyə görə yenə cənab Ərdoğana səs verdi?
Bugun.tv xəbər verir ki, bu barədə politoloq Elçin Axundzadə facebook səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, parlamentdə 600 səsdən, 322 səs cənab Ərdoğanın partiyaçıları qazanıb.
“Həssas Türkiyə üçün 22 səs üstünlüyü çox azdır, əminəm ki, cənab Ərdoğan həm iqtisadiyyatda islahatlara, həm də kadr siyasətində ciddi gedişlər edəcək.
Cənab Ərdoğan dünya dövlətlərinə qarşı savaşdı (seçkiləri nəzərdə tuturam) və qazanacaq.
Ola bilsin ki, 2 ci tur olsun, amma, 2 ci tur da sakit, azad, demokratik keçiriləcəyinə əminlik var, Ərdoğan qazanarsa, təhlillər, gedişatlar göstərir ki, MİT rəhbəri cənab Hakan Fidan, vitse prezident, ya köməkçi kimi vəzifəyə yüksəlsin və bir müddət keçəndən sonra Prezident səlahiyyətlərini həyata keçirsin”.