Digər

“Türkiyə–Ermənistan sərhədləri açıla bilər” – siyasi ekspertdən iddia

Siyasi ekspert Məhəmməd Əsədullazadə sosial media hesabında yazıb ki, Ermənistan və Türkiyə arasında aparılan danışıqlarda ciddi siyasi irəliləyiş əldə olunub və yaxın perspektivdə iki ölkə arasında sərhədlərin açılması mümkündür. Onun sözlərinə görə, sərhədlərin açılması Ermənistanın seçkilər ərəfəsində baş verə bilər.

Əsədullazadə qeyd edir ki, baş nazir Nikol Paşinyan bu addımı reallaşdırmaq üçün Ankara ilə intensiv danışıqlar aparır və eyni zamanda Bakıdan razılıq almağa çalışır.

Ekspertin paylaşımına əsasən, yaxın günlərdə Dohada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin görüşü nəzərdə tutulur. Bu görüşdə sülh prosesi, ikitərəfli diplomatik danışıqlar və Türkiyə–Ermənistan sərhədlərinin açılması mövzularının müzakirəyə çıxarılması mümkündür.

Məhəmməd Əsədullazadə həmçinin bildirir ki, Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli təmaslar intensivləşib və artıq üçüncü ölkədə görüşün keçirilməsinə ehtiyac yoxdur. Ötən həftə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan Qəbələdə Birgə Komissiyanın iclasında iştirak edib.

Ekspert hesab edir ki, Türkiyə–Ermənistan sərhədlərinin açılması Paşinyanın daxili siyasi mövqeyini gücləndirə və Ermənistanın Rusiya orbitindən uzaqlaşmasını sürətləndirə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Yaponiya Hörmüz boğazına hərbçi göndərə bilər – şərt açıqlanıb

Aynur Camal

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu