Bugün.tv TASS-a istinadən bildirir ki,Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçdən “terrorçuları dəstəkləməyi dayandırmaları”na dair yazılı təminat istəyib. Bu təminat ölkənin NATO-ya daxil olmasına yardım edəcək. Türkiyə həmçinin Finlandiya və İsveçdən silah tədarükünə qarşı sanksiyaları ləğv etməyi də tələb edir. M.Çavuşoğlunun sözlərinə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu məsələlərin müzakirəsi üçün ölkələr arasında danışıqların aparılmasını təklif edib.
“İsveç və Finlandiya terrorçulara dəstəyi dayandırmalıdır. Biz onlardan konkret addımlar barədə yazılı razılıq istəyirik. İsveç və Finlandiya bizə nümayəndə heyətləri göndərmək istədilər və prezidentimiz bu təklifi qəbul edərək dedi ki, bizim prioritetimiz diplomatiyadır”, – deyə Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı bildirib.
Çavuşoğlu əlavə edib ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, İsveç və Finlandiya nümayəndələri ilə danışıqlar aparmağı təklif edib. O, belə bir görüşün nə vaxt və harada keçirilə biləcəyini açıqlamayıb.
əvvəlki yazı
növbəti yazı
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri