5 C
Baku
15 Dekabr 2025, 5:17
Baş xəbərDünya

Türkiyə ilə İran arasında 10 anlaşma müqaviləsi imzalanacaq

Yanvarın 4-də İran Prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulub.

Bugun.tv xəbər verir ki, səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilir. Digər tərəfdən, 2012-ci ildə iki ölkə arasında 22 milyard ABŞ dollarına çatan ticarət həcmi sanksiyalar və pandemiya səbəbindən azalaraq təxminən 6 milyard dollara düşüb. Bu rəqəmin 30 milyard dollara yüksəldilməsi hədəflənir.

Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin podratçı şirkətləri İranda ümumi dəyəri 4,6 milyard dollar olan 56 layihəni öhdəsinə götürüb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Musiqi Günü tədbirində 145 qadın şprislə hücuma məruz qalıb

Aynur Camal

Paşinyan Azərbaycan və Türkiyə bayraqlarına hücumu pislədi

Aynur Camal

YASHMA adlı yeni qiymətləndirmə sistemi kəşf edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu