Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Globalinfo.az-a bildirib ki, Türkiyə ilə Qazaxıstan arasında siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir:
Şərhini sosial media hesabında paylaşan siyasi ekspert Məhəmməd Əsədullazadə həmçinin deyib: “Qazaxıstan Mərkəzi Asiyanın aparıcı iqtisadi cəhətdən inkişaf etmiş ölkəsidir. Həmçinin Moskvanın Astanaya vaxtaşırı təzyiqləri müşahidə olunur. Artıq bu ölkənin neftinin Rusiya ərazisindən daşınması dayandırılıb. Eyni zamanda Çin mövqeyi də Qazaxıstan üçün çətin dilemmanı ortaya çıxarır”.
