Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Erdoğan ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin genişlənməsinin qarşısını almaq üçün diplomatik həll yollarının tapılmasına çağırıb.
Ankarada çıxışı zamanı Türkiyə prezidenti bildirib ki, regionda müharibənin böyüməsi daha böyük humanitar və siyasi böhran yarada bilər.
Onun sözlərinə görə, Türkiyə diplomatiyanın yenidən bərpası və tərəflərin danışıqlar masasına qayıtması üçün səylərini davam etdirir.
Mənbə: Anadolu Agentliyi
