6 C
Baku
8 Fevral 2026, 22:38
Baş xəbərSiyasət

Türkiyə Prezidenti: “Millətin gələcəyi naminə tarixi addımlar atırıq”

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı, avqustun 5-də Ali Hərbi Şuranın illik toplantısına sədrlik etməzdən əvvəl bildirib ki, Türkiyə millətin gələcəyini qorumaq üçün tarixi addımlar atır.

Bugun.tv Anadolu agentliyinə istinadla xəbər verir ki, toplantıdan əvvəl müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsində yazdığı mesajı yüksək səslə oxuyan Ərdoğan deyib: “Bizə qarşı qurulan tələlərə, həm daxildən, həm də ölkənin hüdudlarından kənardan edilən hücumlara baxmayaraq, yenidən formalaşan qlobal nizam çərçivəsində Türkiyəni regionda lider dövlət etmək uğrunda mübarizəmiz davam edir.

Biz təhlükəsizlikdən demokratiyaya, iqtisadiyyatdan texnologiyaya, müdafiə sənayesindən xarici siyasətə qədər bütün sahələrdə millətimizin gələcəyini qorumaq naminə tarixi addımlar atırıq”.

Ali Hərbi Şuranın üzvləri ilə birlikdə Atatürkün məzarını ziyarət edən Prezident Ərdoğan əlavə edib: “İnanırıq ki, şuramızın 2025-ci il toplantısı Türkiyə əsri vizyonuna doğru gedən yolda yeni bir mərhələ olacaq”.

Rəcəb Tayyib Ərdoğan, həmçinin Atatürkün və “millətin gələcəyi üçün” canlarını fəda edən bütün qəhrəmanlara dərin ehtiramını ifadə edib.

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu