10 C
Baku
12 Dekabr 2024, 14:28
Baş xəbərSiyasət

“Türkiyə-Rusiya münasibətlərində böyük reallaşdırılmamış potensial var”

Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müavini Maksim Oreşkin Türkiyə ilə bir çox sahədə mühüm layihələrin və araşdırmaların aparıldığını deyib. “Gələcək üçün hələ reallaşdırılmamış böyük potensial var. Bir çox sahədə böyük işlər aparılır. Bu sahələr də hər kəs tərəfindən tanınır. Məsələn, nüvə enerjisi kimi bir çox sahədə intensiv işlərimiz davam edir. Qarşılıqlı ticarət və digər sahələr də bura aiddir. Açıq şəkildə deyə bilərəm ki, əməkdaşlığımızda mümkün potensialın 50 faizini belə həyata keçirməmişik”, – Oreşkin vurğulayıb.

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə arasında qarşılıqlı fəaliyyətdə mövcud olan bütün imkanların reallaşması üçün görüləsi çox iş var. Biz bunu reallaşdırmağa çalışacağıq. Həm Putinin, həm də prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə iradəsi var. Çox geniş və tez-tez keçirilən görüşlərdə  məsləhətləşmələr aparılır”, – Vladimir Putinin müavini əlavə edib .

Mənbə: TRT Haber

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Su davasında 1 nəfər öldü

Bugün TV

Novruz Aslanov faktla barışıbmı?

Bugün TV

Moskvada silahlı basqınçılara qarşı əməliyyat davam edir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu