8 C
Baku
23 Dekabr 2024, 6:57
Baş xəbərDünya

Türkiyə, Rusiya, Suriya və İran Moskvada görüşəcəklər

“Türkiyə, Rusiya, Suriya və İranın yüksək səviyyəli diplomatları mayın 10-da Moskvada görüşü olacaq”.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Biz artıq görüşlə bağlı Rusiya tərəfdən dəvət almışıq. Biz Suriyada təhlükəsizliyin gücləndirilməsi, həmçinin terrorla mübarizə məsələsini ətraflı müzakirə etməyi planlaşdırırıq”.

Çavuşoğlu xatırladıb ki, daha əvvəl “müdafiə və kəşfiyyat rəisləri səviyyəsində texniki görüşlər” baş tutub.

Türkiyənin baş diplomatı həmçinin bildirib ki, bu dəfə İran xarici işlər nazirinin iştirakı məsələsi hələ də həllini tapmayıb. Buna səbəb İran prezidenti İbrahim Rəisinin Afrika turnesinə başlaması və iclasda İranı kimin təmsil edəcəyinin bəlli olmamasıdır.

Xatırladılıb ki, Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirlərinin məsləhətləşmələr üçün görüşməsi ilə başlayıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Bayrampaşada tavan çökdü – 2 uşaq yaralandı

Nigar Məmmədova

Apple Watch Series 10 daha böyük ekran və daha incə dizaynla elan edildi

Aynur Camal

“Elektroenergetika haqqında” Qanun

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu