20 C
Baku
12 Sentyabr 2025, 15:24
Baş xəbərDünya

Türkiyə Rusiyaya toyuq yumurtası ixracına başladı

Türkiyənin kənd təsərrüfatı müəssisələri Rusiyaya toyuq yumurtası ixracına başlayıb.

Bugun.tv xəbər verir ki, Türkiyə Yumurta İstehsalçıları Birliyinin idarə heyətinin rəhbəri İbrahim Afyon tədarüklə bağlı heç bir problemin olmayacağını deyib.

“İlk mərhələdə üç kompaniya Rusiyaya yumurta tədarükünə başlayıb. Ümumilikdə isə Türkiyənin 21 şirkəti bunun üçün icazə alıb. Biz Rusiyanın yumurtaya olan bütün ehtiyaclarını ödəməyə hazırıq”, – deyə İbrahim Afyon bildirib.

Rusiya hakimiyyət orqanlarının bu addımı ölkədə yumurtanın bahalaşması fonunda atdığı bildirilir.

Türkiyə gündə təxminən 70 milyon toyuq yumurtası istehsal edərək bu göstəriciyə görə dünyada doqquzuncu yeri tutur. Ölkədə toyuq yumurtası istehsal edən 470-ə yaxın müəssisə var ki, onların da 110-u ixracla məşğuldur.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Kral III Çarlzın taxtdan imtina etmək istəməməsinin səbəbi məlum oldu

Bugün TV

Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım etdi

Elnarə Dərziyeva

Dəhşətli qəza oldu: 4 ölü, 1 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu